Prezidentin etimadını doğruldan icra başçısı: İsmayıl Vəliyev.

2019-10-31 Baxış: 198
img

Həyatda elə insanlar  var ki , onların həyatı , fəaliyyəti elinə, obasına ,  xalqına və vətəninə xidmətə həsr olunur. Ulularımız yaxşı demişdir: “ Xalq üçün ,vətən üçün yaşanan ömür əsl insan ömrüdür”.  Belə insanların ömrü çətin , mənalı və şərəfli olur , başı həmişə xalq və millət içərisində uca olur. Bu kimi insanlar öz xöşbəxtliyini , varlığının vətənə , xalqa ləyaqətli xidmətdə görürlər. Tam məsuliyyət və fəxrlə deyə bilərik ki , belə insanlardan biri də Neftçala Rayon İcra Hakimiyyətinin başçısı  İsmayıl Vəliyevdir.

2011-ci ilin aprelin 26-dan Neftçalaya rəhbərlik edən İsmayıl müəllim yüksək peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır. Məhz onun yüksək peşəkarlığı nəticəsində rayonda həlli vacib bir sıra problemlər  öz həllini tapdı. Belə ki, məhz onun gərgin zəhməti və səyi nəticəsində vaxtilə  ekoloji təhlükə mənbəyi  “ Axmaz göl” təmizləndi , sırf onun  gərgin səyi nəticəsində içməli su anbarları təmizlənib xalqın ixtiyarına verildi.  Şəhərin mərkəzində  kol-kos basmış ərazilər təmizlənərək,  abadlaşdı. Çoxmənzilli yaşayış binalarının qarşısında xeyir-şər məclisləri üçün nəzərdə tutulan yerlər ən müasir formada təmir və bərpa edildi. Həmçinin cənab Prezidentin müvafiq sərəncamları  ilə rayonda bir sıra infrastruktur layihələr həyata keçirildi. Çoxmənzilli yaşayış binalarının dam örtüklərinin təzələnməsi və fasad hissələrin təmiri , ən müasir üslubda və dizaynda tikilmiş Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin   adını daşıyan mərkəz , insanların asudə vaxtlarının səmərəli keçməsi inşa olunan Bayraq meydan və bulvar kompleksinin tikintisi , Rayon İcra Hakimiyyəti üçün tikilmiş inzibati bina və s. İsmayıl müəllimin rayonumuza rəhbərliyi dövrünə təsadüf edir. Həmçinin kəndlərimizdə bir çox məktəblərinin tikintisi  , Musiqi məktəbinin əsaslı təmiri ,  DSMF-nin rayon şöbəsi üçün inşa edilmiş  bina , DAİM-in  göz oxşayan binalarını də xüsusi ilə qeyd edə bilərik. 

Ulu öndər Heydər Əliyev deyirdi “ Yol mədəniyyətdir” . Həqiqətən də, rayon haqqında ilk təəssurat yoldan yaranır. Etiraf etməliyik ki, bir neçə il bunadan əvvəl yolların nasazlığı  hamımızı  hövsələdən çıxarır, nəqliyyat vasitələrinin tez dağılmasına səbəb olurdu. Məhz İsmayıl müəllimin fədakarlığı və işgüzarlığı sayəsində Salyan-Neftçala yolu əsaslı şəkildə yenidən quruldu , Xol zonası ilə rayon mərkəzini  birləşdirən nəqliyyat yolu tam keyfiyyətlə yenidən çəkilərək insanların ixtiyarına verildi.

Təqdir olunası haldır ki , rayonun başçısı  hər həftə kənd və qəsəbələrdə səyyar qəbullar keçirir, vətəndaşları düşündürən problemlərin həlli istiqamətində  mühüm işlər görür. Vaxtilə sənaye  rayonu  kimi  şöhrət qazanmış rayonumuz sənaye məhsullarının istehsalı sahəsində son illər bir sıra uğurlara imza atmışdır. Belə ki , ölkəmizdə həyata keçirilən Sənaye məhəllələri proqramında rayonumuz bu kimi müəssisələrin yarandığı ilk bölgə kimi iri investorların  diqqətini cəlb etmişdir. İri maşınqayırma müəssisəsinin  rayonumuzda yaradılması həm insanların məşğulluğunun təmin olunmasında , həm də rayonumuzun beynəlxalq miqyasda tanınması üçün əla imkanlar açır. Kənd təsərrüfatı sahəsində strateji məhsul  olan pambıqçılığın inkişafında son illər İsmayıl müəllimin rəhbərliyi altında kifayət qədər sanballı işlər görülüb desək , yəqin ki , yanılmarıq. Orta məhsuldarlığın  30 sentnerə çatdırılması  yəqin bu sahədə anlayışı olanlar üçün kifayət qədər yaxşı rəqəm sayıla bilər.

Xeyirxah və alicənab insan kimi tanınaraq ömrün kamillik zirvəsinə yetişmək, bu dünyada iz qoymaq xoşbəxtliyi heç də hamıya nəsib olmur. Yaxşıya yaxşı demək vicdan borcudur. İstər vəzifə sahibi olsun , istərsə də sadə, sıravi vətəndaş. Bu gün haqqında söhbət açıdığımız İsmayıl müəllim əsl şəxsiyyət üçün vacib  iki bu mühüm keyfiyyəti özündə birləşdirir.

İsmayıl Vəliyev  Ulu öndər Heyədər Əliyevin kursuna tam sadiq  insan kimi , heç bir təmənna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident  İlham Əliyevə , dövlətə və dövlətçiliyə sadiq və  əqidəli insan kimi etimadı doğruldub.

Məhz bu xidmətlərin nəticəsi olaraq ölkə başçısı cənab İlham Əliyevin 29 oktyabr 2019-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə İsmayıl Məhərrəm oğlu Vəliyev 2-ci dərcəli “ Vətənə xidmətə görə” ordeni ilə təltif olundu. Ən Sonda İsmayıl müəllimi qazandığı bu uğur və  60 illik yubileyi münasibətilə təbrik edir, yüksək dövləti vəzifəsində ona uğurlar arzulayırıq.


Samir Cəfərov