İstisnasız olaraq gələn ildən bütün fermerlərə subsidiyalar yalnız elektron qaydada veriləcək

2019-11-01 Baxış: 620
img

Azərbaycanda bütün fermerlər artıq elektron kənd təsərrüfatı sistemindən qeydiyyatdan keçib.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Kənd Təsərrüfatı naziri İnam Kərimov deyib.

Onun sözlərinə görə, istisnasız olaraq gələn ildən etibarən bütün fermerlərə subsidiyalar yalnız elektron qaydada veriləcək.

"Bildiyiniz kimi, subsidiyalar elektron formada veriləcək və subsidiyaların verilməsi, qeydiyyata alınması elektron kənd təsərrüfatı sistemi vasitəsilə həyata keçiriləcək", - deyə nazir bildirib.