Neftçalada YAP-ın yaradılmasının 27-ci ildönümü qeyd olunub.

2019-11-21 Baxış: 601
img

Neftçala rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümü münasibətilə tədbir keçirilmişdir. 

MAYAKİNFO xəbər verir ki, tədbiriştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzmüş, xatirəsəni ehtiramla yad etmişlər. Daha sonra tədbiri giriş nitqi ilə açan YAP Neftçala rayon təşkilatının sədri Anar Cəfərov bütün qonaqları salamladı, partiyanın yaradılmasının ildönümü ilə əlaqədar keçirilən tədbirdə birgə iştirakdan məmnunluğunu bildirdi, hər kəsə təşəkkürünü bildirdi. Anar Cəfərov tarixi, siyasi proseslərə nəzərə salaraq qeyd etdi ki, bu partiya yenicə müstəqilliyinə qovuşmuş bir  ölkənin yenidən parçalanmaq təhlükəsi qarşısında qaldığı bir zamanda ölkənin mütərəqqi fikirli insanlarının, ziyalılarının təşəbbüsü, ulu öndərin müdrikliyi sayəsində müxalifətdə ikən yaradıldı. Və çox qısa müddətdən sonra cəmi 7 aydan sonra hakimiyyətə gəldi və gəlişi ilə Azərbaycan tarixində yeni bir inkişaf dövrünün başlanğıcını qoydu. Bu gün də ümummilli lider Heydər Əliyevin idelayaları, siyasi kursu ölkəmizdə uğurla davam etdirilir və ölkəmizin bu günkü inkişafına şərait, gələcək inkişafına əsaslı zəmin yaradır. Rayon təşkilatının sədri həmçinin dövlət başçısı, YAP-ın sədri cənab İlham Əliyevin rəhbərliyi ilə son illər ölkəmizdə həyata keçirilən irimiqyaslı iqtisadi və sosial layihələrdən danışdı.

Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının yaradıclılarından olan Oktay Kərimov öz çıxışında Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərara olmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında Yeni Azərbaycan Partiyasının mühüm rolunun olduğunu bildirmiş, partiyanın 27 ildə keçdiyi əzmkar yolundan söz açmışdır. 

Rayon təşkilatının Qadınlar Şurasının sədri Gültəkin Sadıqova bu əlamətdar hadisə münasibətilə xalqımızı və bütün partiya fəallarını təbrik etdi. Qeyd etdi ki, bu gün sürətli inkişaf edən müstəqil Azərbaycanımızı uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının sədri cənab Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərir. Öz əməlində ümummilli liderimiz Heydər Əliyev prinsiplərini yaşadan Yeni Azərbaycan Partiyasının seçdiyi əsas hədəfləri – qüdrətli və zəngin Azərbaycan, ərazi bütövlüyü, siyasi sabitlik, güclü iqtisadiyyat, davamlı inkişaf, ədalətli cəmiyyət və layiqli həyatdır. Bu prinsiplər dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə aparılan siyasi xəttin əsas hissəsini və prioritet istiqamətini təşkil edir.

Tədbirin sonunda YAP Neftçala Rayon Təşkilatı Gənclər Birliyi tərəfindən hazırlanmış, Yeni Azərbaycan Partiyasının yaranması və keçdiyi uğurlu yoldan bəhs edən videorolik nümayiş olunmuşdur.