Vladimir Putin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya "Dostluq" ordenini təqdim edib

2019-11-22 Baxış: 601
img

Rusiya prezidenti Vladimir Putin Rusiya-Azərbaycan münasibətlərinin inkişafı və möhkəmləndirilməsində xidmətlərinə görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya “Dostluq” ordeni təqdim edib.

MAYAKİNFO “RİA Novosti”yə istinadən xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva Rusiyada rəsmi səfərdədir.

Rusiya prezidenti V.Putin Mehriban Əliyevaya dövlət mükafatını Novo-Oqaryovadakı iqamətgahında təqdim edib. Rusiya prezidentinin sözlərinə görə, ordenin adı məhz Mehriban xanım Əliyevanın Rusiya-Azərbaycan münasibətləri üçün gördüyü işləri əks etdirir. Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya prezidentinin onu əsl dost adlandırmasını qürur hissi ilə qarşıladığını bildirib.