Psixoloqların diaqnostik qiymətləndirilməsi üzrə imtahan proqramı açıqlanıb

2019-11-29 Baxış: 58
img

Dövlət ümumi təhsil müəssisələrində çalışan psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək. 

Təhsil Nazirliyindən MAYAKİNFO-ya verilən məlumata görə, diaqnostik qiymətləndirilməyə cari ilin dekabr ayında start veriləcək. Diaqnostik qiymətləndirilmə zamanı psixoloqlara 60 test tapşırığı təqdim olunacaq. Namizədlər imtahan zamanı 90 dəqiqə ərzində test tapşırıqlarını cavablandıracaqlar. Hər düzgün cavab 1 balla qiymətləndiriləcək.