Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib

2019-12-05 Baxış: 572
img

Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-a təyin edilib.

MAYAKİNFO xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı parlamentin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncamda əksini tapıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası Milli Məclisinin beşinci çağırışı buraxılıb, Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.