YAP Neftçala rayon təşkilatı Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib.

2019-12-06 Baxış: 892
img

Bu gün Neftçalada İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə  ağacəkmə aksiyası keçirilib.

MAYAKİNFO xəbər verir ki, Neftçala Rayon İcra Hakimiyyətinin və YAP Neftçala rayon təşkilatının birgə həyata keçirdiyi aksiyada partiyanın sədri və fəal üzvləri iştirak edib. 

Qeyd edək ki, Azərbaycanın dahi şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə ölkədə 650 min ağacın əkilməsi təşəbbüsü ilə bağlı keçirilən ağacəkmə kampaniyası respublikanın bütün regionlarını əhatə edir.