Mehriban Əliyeva “İnstagram”da Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı paylaşım edib

2019-12-12 Baxış: 574
img

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün “instagram” səhifəsində ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı paylaşım edib.

MAYAKİNFO xəbər verir ki, paylaşımda bildirilib: "Bu gün – 12 dekabr – Azərbaycanın və Azərbaycan xalqının həyatında və taleyində silinməz iz qoymuş dahi şəxsiyyət Heydər Əliyevin anım günüdür. Ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm. Ölkəmizə sülh və tərəqqi arzulayıram".