Psixoloqların diaqnostik qiymətləndirilməsinə başlanılıb

2019-12-24 Baxış: 605
img

Dekabrın 24-də psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi prosesinə başlanılıb. Dekabrın 28-dək davam edəcək prosesdə 2 min 700-dək psixoloqun iştirakı nəzərdə tutulur.

Təhsil Nazirliyindən MAYAKİNFO-ya bildiriblər ki, diaqnostik qiymətləndirilmə proqram təminatı vasitəsilə test üsulu ilə həyata keçirilir. İmtahanda namizədlərə praktiki psixologiya üzrə 35, nəzəri psixologiya üzrə 25 olmaqla ümumilikdə 60 test tapşırığı təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndiriləcək.