Neftçala sakinləri olan ər-arvad İranda qəzaya düşərək ölüb.

2020-01-06 Baxış: 3334
img

İranda baş verən yol-nəqliyyat hadisəsində dünyasını dəyişən digər iki nəfərin də kimliyi məlum olub.

MAYAKİNFO-nun məlumatına görə, İranın Ərdəbil əyalətində baş verən avtomobil qəzasında dünyasını dəyişən digər iki nəfərin Neftçala şəhər sakinləri 1955-ci il təvəllüdlü Qasımov Bəybala Soltan qoğlu və onun həyat yoldaşı 1958-ci il təvəllüdlü Qasımova Nəzakət Zeynal qızı olduğu məlum olub.

Qeyd edək ki, Bəybala Qasımov hazırda  Neftçala şəhəri üzrə İnzibati Ərazi Dairəsinin nümayəndəsi vəzifəsini müvəqqəti icra edirdi, Nəzakət Qasımova isə Neftçala şəhər 2 saylı körpələr evi-uşaq baxçasının direktorudur.

********************************

İranda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində dörd Azərbaycan vətəndaşı ölüb.

MAYAKİNFO-nun  məlumatına görə, Ərdəbil əyalətinin yol polisi hadisənin Rəzi-Ərdəbil maqistral yolunda baş verdiyin bildirib. Hadisə nəticəsində 4 nəfər həyatını itirib, 2 nəfər yaralanıb.

Polisin bildirdiyinə görə, "Samand" və "Peugeot" markalı avtomobillərin toqquşması nəticəsində baş verən hadisədə xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. Hadisənin baş verməsinə yolun sürüşkən olması səbəb olub.

Bildirilir ki, ölənlərin ikisi İrana müalicə məqsədi ilə gedən Biləsuvarın Çaylı kənd sakinləri, 1956-cı il təvəllüdlü Mürşüd Kərimov və onun həyat yoldaşı, 1961-ci il təvəllüdlü Müşkünaz Kərimovadır.