Təhsil Nazirliyi psixoloqların əməkhaqqının artırılması ilə bağlı məlumatlara aydınlıq gətirib

2020-01-15 Baxış: 777
img

Təhsil Nazirliyi psixoloqların əməkhaqqının artırılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Nazirlikdən APA-nın sorğusuna verilən cavaba görə, ötən gün kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə psixoloqların əməkhaqqının artırılması ilə bağlı məlumatlar yayımlanıb. Təhsil nazirinin müvafiq əmri ilə əməkhaqqı artımı 24-28 dekabr tarixlərində diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə şamil olunur: “Hazırda psixoloqların əməkhaqqının artırılması ilə bağlı məsələ müzakirə olunmur”.