Türkiyəyə 5450 ədəd su tısbağası keçirmək istəyən Azərbaycan vətəndaşı saxlanılıb.

2020-01-21 Baxış: 705
img

Türkiyə Respublikasına qaçaq yolla su tısbağası aparmaq istəyən Azərbaycan Respublikasının vətəndaşı saxlanılıb.

MAYAKİNFO CNN kanalına istinadən xəbər verir ki, Sarp Sərhəd Qapısından Türkiyə Respublikasına keçmək istəyən Azərbaycan Respublikasının vətəndaşı Ruslan Qurbanovun idarə etdiyi 99-US-893 dövlət qeydiyyat nişanlı avtomobil Sarp Gömrük əməkdaşları tərəfindən şübhəli bilindiyi üçün X-Ray axtarma cihazına yönləndirilib. Axtarış nəticəsində avtomobilin qapı üzlüklərində gizlədilmiş 5450 su tısbağası ələ keçirilərək götürülüb.

Faktla bağlı Türkiyə Respublikasının 5607 saylı qanunu ilə araşdırma aparılır.