Türkiyədə güclü zəlzələ olub, dağıntılar, ölən və yaralılar var - VİDEO

2020-01-24 Baxış: 655
img

Türkiyənin Daxili işlər naziri Süleyman Soylu bildirib ki, zəlzələdə 4 nəfərin ölməsi haqqında məlumatlar var. 

MAYAKİNFO-nun APA-dan əldə etdiyi məlumata görə, Elazığın Mədən rayonunda 5 mərtəbəli yaşayış binası çöküb. 

Xilasedici qurumlar dağıntı altında qalan insanları çıxarmağa çalışır.

****

22:42

Türkiyənin Daxili işlər naziri Süleyman Soylu bildirib ki, zəlzələnin episentrinin baş verdiyi Silivricədə və Pötürgə rayonunda 10 binada dağıntı olub. İki nəfərin yaralandığı bildirilib. Təkanlar hələ də davam edir.

***

22:20

Türkiyənin Fövqəladə Hallar və Təbii Fəlakətlər İdarəsindən verilən xəbərə görə, zəlzələ yerli vaxtla 20.55-də baş verib.10-12 saniyəyədək davam edən təkanlar Şırnak, Mardin, Diyarbəkir, Adıyaman, Samsun, Malatyada, eləcə də  İraqın şimalında Ərbil və Duhok vilayətlərində də hiss olunub.     

Qeyd edək ki, 2010-cu ilin martında Elazığda baş verən 6 bal gücündə zəlzələdə 51 insan həyatını itirib.

****

22:10

Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub. Kandilli Rəsədxanası zəlzələnin yerin 10 kilometr dərinliyində baş verdiyini bildirib. 

Təkanlar ətrafdakı bir çox rayonlarda hiss edilib.

Tələfat barədə hələlik məlumat verilməyib.