Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Salyan sakini saxlanılıb.

2020-03-16 Baxış: 657
img

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Salyan rayon sakini R.Abdullayev, Cəlilabad rayon sakinləri M.Məmmədov və həyat yoldaşı saxlanılmışlar.


MAYAKİNFO xəbər verir ki, Xətai RPİ 35-ci PB əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Salyan rayon sakini R.Abdullayev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 5 qramdan artıq heroin və metamfetamin götürülmüşdür.

Polis əməkdaşları tərəfindən narkotik vasitəni ona satmaqda şübhəli bilinən Cəlilabad rayon sakinləri M.Məmmədov və həyat yoldaşı müəyyən edilərək saxlanılmışlar. Şəxsi axtarış zamanı M.Məmmədovdan 5 qrama yaxın heroin və həyat yoldaşından isə 8 qrama yaxın heroin və 5 qrama yaxın metamfetamin aşkar edilmişdir. 

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onların kirayədə yaşadıqları mənzildən isə əlavə olaraq 331 qrama yaxın heroin, 75 qrama yaxın metamfetamin və 35 ədəd metadon aşkar edilərək götürülmüşdür.