Neftçalada gənclər tənha yaşayan ahıllara sosial xidmətlər göstərib.

2020-04-02 Baxış: 2522
img

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə ölkəmizdə koronavirusa qarşı mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması və bütün cəmiyyətimizin Prezidentin  təşəbbüsünə dəstək verməsi xalqın həmrəyliyinin və dövlətinə inamının ifadəsidir.

MAYAKİNFO xəbər verir ki, Prezident İlham Əliyevin çağırışına əsasən, karantin rejimi ilə əlaqədar olaraq yaşı 65-i keçmiş insanlara Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatı Gənclər Birliyinin könüllüləri aprelin 1-də tənhalara, ahıl vətəndaşlara yardım paylayıb, onlara sosial xidmətlər göstəriblər.

Aksiya çərçivəsində YAP-ın könüllüləri ahılların mənzillərində olub, gündəlik lazım olan ərzaq və tibbi vasitələrini onlara təqdim ediblər.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən martın 24-dən aprelin 20-dək ölkədə xüsusi karantin rejimi elan edildiyindən və bu tədbirlər çərçivəsində 65 yaşdan yuxarı şəxslərin evdən çıxması qadağan olunduğundan YAP-ın fəalları və könüllüləri bu qəbildən olan tənha yaşayan sakinlərə yardımlar edir, sosial xidmət göstərirlər.