Azərbaycan Prezidentinin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçiriləcək

2020-04-09 Baxış: 600
img

Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçiriləcək. 

MAYAKİNFO xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Zirvə görüşü koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunacaq.