Biləsuvarın keçmiş icra başçısı barəsində həbs qətimkan tədbiri seçilib

2020-04-30 Baxış: 611
img

Səbail rayon Məhkəməsində Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyev barəsində verilən təqdimata baxılıb.

MAYAKİNFO-nun APA-dan əldə etdiyi məlumata görə, məhkəmədə təqdimat təmin edilib. Məhkəmənin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, M. Quliyevin ötən gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində saxlandığı barədə məlumat yayılmışdı.

Aprelin 30-da M.Quliyev Prezident İlham Əliyevin imzaladığı sərəncamla tutduğu vəzifədən azad edilib.