Şagirdlərin elektron yerdəyişməsi növbəti tədris ilində davam edəcək

2020-05-07 Baxış: 808
img

"İl ərzində şagirdlərin elektron yerdəyişməsi olur. Şagird fiziki olaraq yaşadığı ünvanı dəyişirsə, elektron formada müraciət edib bir təhsil müəssisəsindən başqa məktəbə keçə bilər".

MAYAKİNFO-nun məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Təhsil naziri Ceyhun Bayramov bildirib. O deyib ki, məktəblərdə təhsil dayandırılan zaman elektron yerdəyişmə də praktik olaraq mümkün olmadı, çünki həmin məktəb rəhbərliyi şagird qəbulunu təsdiq etməlidir: "Təhsil müəssisələrinin fəaliyyəti olmadığından, maneələr nəzərə alınaraq elektron şagird yerdəyişməsi də dayandırılıb və növbəti tədris ilində davam edəcək".