Salyan sakinindən marixuana götürülüb.

2020-05-20 Baxış: 690
img

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Salyan şəhər sakini N.Kazımov saxlanılmışdır.


MAYAKİNFO xəbər verir ki, Salyan RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş N.Kazımov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan marixuana aşkar edilərək götürülmüşdür.

Davam etdirilən tədbirlərlə onun evindən 408 qramdan artıq marixuana aşkar edilərək götürülmüşdür.