Salyan sakininin avtomobilindən silah götürülüb

2020-05-21 Baxış: 642
img

Salyanda silahlı şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən MAYAKİNFO-ya verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Pratman Gəncəli kənd sakini N.Kambarovun idarə etdiyi “QAZ-310212” markalı avtomobildən müvafiq sənədləri olmayan “İJ-17” markalı ov tüfəngi aşkar edilərək götürülüb.