Neftçalada qadın traktorun lapedinin altında qalaraq ölüb

2020-07-16 Baxış: 1632
img

Neftçalada qadın faciəli şəkildə dünyasını dəyişib.

MAYAKINFO-nun məlumatına görə, hadisə Neftçala rayonunun Ərəbqardaşbəyli kəndində qeydə alınıb.

Kənd sakini, 1965-ci il təvəllüdlü Həsənova Zeynəb Heydər qızı traktorun lapedinin təkəri altında qalaraq ölüb.

Faktla bağlı Neftçala Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.