Beyrutdakı partlayışda ölənlərin sayı 100-ü ötüb

2020-08-05 Baxış: 1166
img

Beyrut limanında baş vermiş güclü partlayış nəticəsində ölənlərin sayı artıb.

MAYAKİNFO-nun xəbərinə görə, bu barədə “Sky News Arabia” telekanalı məlumat yayıb. 

Bildirilib ki, hadisə nəticəsində ölənlərin sayı 100 nəfəri ötüb.

Partlayış zamanı xəsarət alanların sayı isə 4 mini keçib.