Karonavirusla mübarizədə hər bir vətəndaş məsuliyyətli olmalıdır

2020-08-09 Baxış: 2647
img

“Bütün dünya ölkələrinin  pandemiyanın yayılmağa başladığı ilk gündən virusun  təsirindən və fəsadlarından ağır itkilərlə üzləşdiyi halda,  vaxtında aparılmış qabaqlayıcı tədbirlər xəstəliyin ölkə ərazisində geniş vüsət almasına imkan vermədi . Prezident İlham Əliyev  “Karonavirusla Mübarizəyə Dəstək Fondu”nun yaradılması, bu xəstəliklə mübarizədə dayanmadan xidmət göstərən həkimlərin əmək haqlarının artırılması, infeksiyaya yoluxmuş xəstələrin müalicəsinin səmərəli təşkili üçün modul tipli  xəstəxanaların quraşdırılması, yeni növ təcili tibbi yardım avtomobillərinin ölkəmizə gətirilməsi üçün sərəncamlar imzaladı. Bütün bunlar göstərdi ki, vətəndaşların sağlamlığı ölkə başçısının daim diqqət mərkəzindədir.” Bunu YAP Neftçala Rayon Təşkilatı Gənclər Birliyinin sədri Ülvi Fərzəliyev deyib.

Gənc siyasətçi bildirib ki, karonavirisla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı müşavirədə cənab Prezident vətəndaşları məsuliyyətli olmağa səsləyərək ancaq bu yolla qısa müddət ərzində karantin rejimini daha da yumşaldaraq normal həyata tez qayıtmağın mümkün olacağını vurğuladı.

Ülvi Fərzəliyev qeyd edib ki, karonavirusla mübarizədə növbəti addımlar vəziyyətə uyğun şəkildə atılmalıdır:  “Cənab prezident İlham Əliyevin qeyd etdiyi kimi bundan sonra fəaliyyəti bərpa olunan və yeni fəaliyyətə başlayan obyektlərdə sahibkarlar və vətəndaşlar tərəfindən bütün sanitar-epidemioloji normalara əməl edilməli, sosial məsafə təmin olunmalı, bütün obyektlərdə göstərilən xidmətlər yeni qaydalar əsasında təşkil edilməlidir”