Xalqımızın qəhrəmanlıq dastanı əsrlərdir davam edir.

2020-08-17 Baxış: 1048
img

Torpaqlarımızı işğal edən mənfur düşmənlərimizə qarşı bugün də vətənimizin igid qəhrəman oğulları düşmənlə üz-üzə dayanıb mübarizə aparır. Bu topraq bizə babalarımızın əmanətidir. Bu əmanəti qorumaq, gələcək nəsillərə ötürmək bizim hər birimizin vətəndaşlıq borcudur.  Aprel döyüşləri kimi Tovuz döyüşləri də xalqımızın tarixində zəfər günləri kimi yazıldı. Hər birinin ürəyində vətənpərvərlik hissi aşıb daşan əsgər, zabit, gizir və generallarımız vətən uğrunda gözlərini qırpmadan şəhidlik zirvəsinə yüksəldilər.Vətənpərvərlik "mən orduya gedərəm, döyüşərəm" deməklə deyil. Doğrudur , bunu ürəklə deyənlər olsa da, mənim üçün vətənpərvərlik qanı,canı bahasına olsa da, orduda olub qorxmadan döyüşə bilməkdir. İştirakçısı olduğum bir vebinarda qazilərimizdən biri belə bir fikir səsləndirdi: " Silahı tutmaq da bir ürək istəyir, onu atmaq da". Əsl vətənpərvər vətənə məhəbbətini sözdə deyil, gördüyü işdə, çəkdiyi zəhmətdə, fəaliyyətində də nümayiş etdirməlidir. Onlarla, yüzlərlə insanlar bir bayraq altında birləşməli, mübarizə aparmalıdır .Varlığımızı şəhidlərimizin yoxluğuna borcluyuq. Olduğumuz yerdə rahatıqsa, bunu nur üzlü şəhidlərimizə, hərbçilərimizə borcluyuq.

Bu gün bizlər, Yeni Azərbaycan Partiyasının gəncləri Cənab Prezidentimiz  İlham Əliyevin ətrafında sıx birləşərək, məhz onun həyata keçirdiyi siyasət nəticəsində bu gün Cənubi Qafqazın ən güclü ordusuna çevrilmiş Milli Ordumuz sıralarına qoşularaq düşmənlə mübarizə aparmağa hər an  hazırıq. Bunun  üçün Cənab Ali Baş Komandanımızın əmrini gözləyirik!

Sona Haxıyeva

Yeni Azərbaycan Partiyası Neftçala Rayon Təşkilatı Gənclər Birliyinin sədr müavini,

Biləsuvar Regional Mədəniyyət İdarəsi Neftçala Rayon Dövlət Rəsm Qalereyasının bələdçisi