Salyanda ər keçmiş həyat yoldaşını qətlə yetirdi

2020-08-22 Baxış: 1277
img

Bu gün günorta saatlarında Salyan rayonunda qətl hadisəsi törədilib.

MAYAKİNFO-nun məlumatına görə, 38 yaşlı Salyan şəhər sakini Namid Əliyev keçmiş həyat yoldaşı, Salyan Rayonlararası Vərəm Xəstəxanasında tibb bacısı işləyən 39 yaşlı Bəsti Səfərovanın iş yerinə gələrək, onu bıçaqlayaraq qətlə yetirib. N.Əliyev qətli törətdikdən sonra hadisə yerindən uzaqlaşsa da, polis tərəfindən saxlanılıb.

Hadisənin qısqanclıq zəminində baş verdiyi deyilir.