Erməni generalı və zabitlərinin olduğu bunker dağıdılıb

2020-09-29 Baxış: 36
img

Azərbaycan Ordusunun dəqiq zərbəsi nəticəsində yüksək rütbəli erməni zabitlərinin toplaşdığı bunker dağıdılıb.

MAYAKİNFO-nun hərbi mənbələrdən əldə etdiyi məlumata görə, zərbə "Harop" dağıdıcı dronu vasitəsilə endirilib.

Məlumata görə, bunkerdə Ermənistan silahlı qüvvələrinin bir generalı, bir neçə polkovniki və digər yüksək rütbəliləri olub.

"Zərbənin miqyası bunkerdən kimsənin sağ qurtula bilmədiyini göstərir", - deyə mənbə əlavə edib.