Şəhid polkovnik Babək Səmidli dəfn olunub
                     
                      2020-11-24
                      Baxış: 834
                   
                 
Polkovnik Babək Səmidli dəfn olunub.
MAYAKİNFO-nun APA-dan əldə etdiyi məlumatına görə, B. Səmidli doğulduğu Göyçay şəhərinin Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin yaxınları, hərbçilər, rayon ictimaiyyətinin nümayəndələri, şəhər sakinləri iştirak edib.
Mərasimdə çıxış edənlər - Müdafiə Nazirliyinin nümayəndələri, döyüş yoldaşları B. Səmidlinin şücaətindən, qəhrəmanlığından, döyüş yolundan danışıblar.
Sonda korpus komandiri, general-mayor Hikmət Həsənov B. Səmidlinin tabutu bükülmüş bayrağı onun oğlanlarına verib.
Korpus komandirinin müavini, polkovnik Səmidli Babək Mətləb oğlu dünən Suqovuşan qəsəbəsi ərazisində minaya düşərək şəhid olub.
 
                           
                           
                           
                           
                          
                     ×
                     
                  
                 Digər xəbərlər
 
                 2021-11-04
                   2021-11-04
                 
                 2023-04-18
                   2023-04-18
                



 
                            
                            
                            
                            
                            
                            
                 
                 
                 
                 
                 
                 
                