Nazirlik: Qeyri-obyektiv xəbərlərlə hərbi qulluqçularımızın nüfuzuna xələl gətirilir

2020-12-23 Baxış: 467
img

Son günlər sosial şəbəkələrdə Azərbaycan Ordusunun nüfuzuna xələl gətirən və Vətən müharibəsində əldə etdiyimiz zəfərə kölgə salan video kadrlar ayılır və onlara məqsədyönlü şəkildə müxtəlif qərəzli şərhlər yazılır.

Bu barədə MAYAKİNFO-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq tələbləri pozularaq Ordumuz barəsində məlumatlar yayılır, qeyri-obyektiv xəbərlərlə isə hərbi qulluqçularımızın nüfuzuna xələl gətirilir.