Salyanda ata qızını qətlə yetirdikdən sonra özünü güllələyərək öldürüb.

2020-12-28 Baxış: 684
img

Salyanda ata qızını qətlə yetirdikdən sonra intihar edib. 

MAYAKİNFO-nun məlumatına görə, hadisə bu gün Salyan rayonunun Babazənan yaşayış massivində baş verib.

Babazənan sakini, 1968-ci il təvəllüdlü Məzahim Qurbanov ailə münaqişəsi zəminində odlu silahla  25 yaşlı qızı Rəvanə Qurbanovanı qətlə yetirib.

Daha sonra M.Qurbanov özünü də odlu silahla öldürüb. Hadisənin təfərrüatları araşdırılır. 

Faktla bağlı Salyan rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.