Qanunsuz ov edən Neftçalalı brakonyer cəzalandırılıb.

2021-01-23 Baxış: 673
img

Qızılağac Milli Parkının əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri zamanı milli parkın “Ağquşa” postunun ərazisində qanunsuz ov edən şəxs saxlanılıb.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova MAYAKİNFO-ya bildirib ki, araşdırma zamanı brakonyerin Neftçala rayon sakini Məlik Abdullayev olduğu müəyyənləşib. Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.