Neftçalanın Pirəbbə kəndinə qaz çəkilir.

2021-02-17 Baxış: 452
img
Azəriqaz İstehsalat Birliyinin tərəfindən, Neftçala rayonunun Pirəbbə kəndinə yeni qaz xəttləri çəkilir. Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov görülən işlərlə tanış olmaq üçün Pirəbbə kəndində açıq hava şəraitində kənd sakinləri ilə görüşüb və görülən işlərlə yaxından tanış olub. Azəriqaz İB-nin Salyan Regional Qaz İstismarı İdarəsinin rəisi Namiq Məmmədov kənddə mövcud işlərin gedişatı haqqında məlumat verib. Yeni çəkilən qaz xətti 97 təsərrüfatı əhatə edəcək və bundan 330 nəfərdən artıq ailə istifadə edəcək. Pirəbbə kəndinə çəkilən yeni qaz xəttinin uzunluğu 20 km-dən artıqdır və sakinlərin yaşadığı evlərin daxilinə kimi təchiz olunur. Kəndin yeni qaz təchizatı sisteminin 90%- ə qədər hissəsinin işləri görülüb və son tamamlanma işləri görülür.
Pirəbbə kəndinin sakinləri ilə görüş zamanı RİH Başçısı Mirhəsən Seyidov vətəndaşların uzun müddətdir müraciətlərinin həlli istiqamətində bütün aidiyyəti qurumlara müvafiq müraciətlərin olunduğunu, kəndin qazlaşdırılması ilə bağlı bir çox müraciət məktublarının yazıldığını və aidiyyəti qurumların bu məsələyə operativ reaksiyası haqqında məlumat verilib. Qeyd olunub ki, Neftçala rayonunda qaz təchizatı ilə təmin olunmayan bir neçə kəndlərimiz daha var ki, Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində həmin kəndlərin də qazlaşdırılması üzrə layihələndirmə işləri yekunlaşıb. Yaxın zamanda həmin kəndlərin də qazlaşdırılmasına başlanılacaq. Vətəndaşlarla görüş zamanı, kəndin sakinləri yaşadığı ərazidə bəzi istismarına icazə verilən obyektlərin də qazlaşdırılması təşəbbüsü ilə çıxış edib. Yuxarı Qaramanlı bələdiyyəsi tərəfindən lazımı sənədlərin hazırlanması və vətəndaşların qaldırdığı məsələlərin tez bir zamanda həlli üçün mövcud tapşırıqlar verilib. Salyan Regional Qaz İstismarı İdarəsi tərəfindən qaldırılan məsələlər nəzarətə götürülüb və müvafiq işlərin görülməsinə başlanılıb. Görüş zamanı müxtəlif təkliflərlə çıxış edən sakinlər cənab Prezident İlham Əliyevi qazanadığımız böyük Qələbə münasibəti ilə təbrik edib və Pirəbbə kəndində görülən işlərə görə sakinlər adından təşəkkür ediblər.