Yurddaş Partiyası YAP-a birləşmək üçün müraciət edib

2021-03-04 Baxış: 520
img

Yurddaş Partiyası Yeni Azərbaycan Partiyasına (YAP) birləşmək üçün müraciət edib.

MAYAKİNFO xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Yurddaş Partiyasının sədri Gülay Quliyeva bildirib.

G. Quliyeva deyib ki, bu barədə qərar Yurddaş Partiyasının martın 1-də keçirilmiş qurultayında qəbul edilib.

Qeyd edək ki, daha bir neçə partiyanın YAP-a birləşmək üçün müraciət etdiyi barədə məlumatlar var.