Neftçalada küləyin sürəti 20 metr/saniyəyədək güclənib

2021-03-11 Baxış: 629
img

Gözlənildiyi kimi ölkə ərazisində yağıntılar davam edir.

MAYAKİNFO xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin martın 11-i saat 21:00-a verdiyi məlumata əsasən, Daşkəsən, Göygöl, Qəbələ, Şəki, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Qrız, Kişçay (Şəki), Sarıbaş (Qax), Nabran, Şahdağ, Xınalıqda qar, Naxçıvan, Naftalan, Gəncə, Şəmkir, Ağdam, Ağstafa, Balakən, Oğuz, Zaqatala, İsmayıllı, Xaçmaz, Tərtər, Bərdə, Yevlax, Göyçay, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Salyan, Neftçala, Yardımlı, Lənkəran, Astara, Ağsu, Şabran, Sumqayıt, Bakı, Maştağa, Neft Daşları, Pirallahı, Çilov adası, Binədə yağış yağıb.

Şimal-şərq küləyi əsib, Neftçalada 20, Biləsuvar, Hacıqabulda 18 metr/saniyəyədək güclənib.

Martın 12-də isə hava şəraiti bir qədər kəskinləşəcək, yağıntılar sulu qar və qar şəklində müşahidə olunacaq.