Neftçala rayon sakinindən marixuana və tapança aşkarlanaraq götürülüb

2021-03-17 Baxış: 1022
img

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Bankə qəsəbə sakini, əvvəllər məhkum olunmuş B.Bəşirovdan 21 qrama yaxın marixuana və nömrəsi silinmiş “PSM” markalı tapança aşkarlayaraq götürüblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən MAYAKİNFO-ya bildiriblər ki, faktla bağlı təhqiqat aparılır.