İşğaldan azad edilmiş ərazilərdəki vəziyyət rəsmi İrəvanın iç üzüdür

2021-04-20 Baxış: 432
img

Xəyanət toxumunu becərməkdən usanmayan düşmən məğlub olsa da, çirkin niyyətində qalmaqdadır. İllərlə xalqımıza qarşı törədilən qətliamların intiqamını alaraq, bölgədə əbədilik sülh yaratmaq istəyimiz yenə hiylə ilə, fitnə ilə qarşılanmaqdadır. Ərazilərimizi işğaldan azad etsək də, həmin yerlərdə minalanmış sahələr yenə can almaqda davam edir. Nahaq qan tökülür. Bu ərazilərdə yerləşdirilən xəyanət toxumlarının, partlayıcı ünsürlərin xəritəsini verməməklə düşmən məkrini açıq-aydın bildirməkdədir. Bildirməkdədir ki, xəyanətkaram, bildirməkdədir ki, təcavüzkar mövqeyim davam edir. Davam edən bu soyuq münasibətlər daha da gərginliyin artmasına şərait yaradır. Lakin bu vəziyyətə son qoyulmalıdır. Vətən müharibəsi günlərində Azərbaycan ordusunun düşmənin hərbi bazalarını nişan almasına baxmayaraq, mənfur ermənilərin dinc əhalinin sıx məskunlaşdığı ərazilərə atdığı ballistik raketlər rəsmi İrəvanın təcavüzkar niyyətinin açıq sübutudur. İstər Gəncə şəhərinə, istərsə də Tərtər, Naftalan, Ağdam, hətta Xırdalan şəhərinə qədər atılan raketlər düşmənin cirkinliyinin bəyanıdır. Müharibə şəraitində dinc əhalinin sıx yaşadığı əraziləri raket atəşinə tutmaq vandallığın yeni təzahürü idi. Oxşarlığı ilə 1992 –ci ildə ermənilərin Xocalıda törətdikləri vəhşiliyin davamı idi. Gəncə şəhərinə Vətən müharibəsi dövründə 4 oktyabr tarixində ilk raket atılmış, bir nəfər mülki insan Şəhid olmuş, dağıntılarla birlikdə onlarca insan yaralanmışdır. Daha sonra isə 5 oktyabr tarixində, 11 oktyabr tarixində yenidən raket atəşinə məruz qalan şəhərdə saysız təcavuzkar nişanələr ürək ağrıtmaqdadır. Ballistik raketlərdən istifadə edən düşmən müharibə dövründə şəhəri yenidən 17 oktyabr tarixində daha böyük dağıntılara səbəb olmuş raket zərbələrinə tuş etmişdir., 10 nəfər mülki şəxs həlak olmuş, çoxlu sayda insan yaralanmış, dağıntılar altında qalmışdır. Bu təcavüzkar, xain zərbələr zamanı azyaşlı uşaqlar da əziyyət çəkmiş, körpə fidan balalar da həlak olmuş, yaralanmış, o dəhşətlərin şahidi olmuşdurlar. Mənfur düşmənin illərlə işğal etdiyi ərazilərə vurduğu ziyanin davamı idi bu qətliamlar. Tərtər rayonunda dəfn mərasiminə atılan raket onların nə qədər vandal siyasət yürütdüklərinin sübutudur. Biz illərlə həmin ərazilərdən görüntülər çəkib paylaşmaq iqtidarında olmasaq da, bu gün həmin ərazilərdə erməni vandallığının sübut edilməsi üçün var qüvvə ilə çalışmalıyıq. Hər dildə təbliğat etməklə, dəvət edilmiş nümayəndələri həmin ərazilərdəki təcavüzkarlıqlarla tanış etməklə xalqımızın illərlə düçür olduğu bu fitnəkarlığın izinin dərinliyini qeyd etməliyik. Qarşı tərəf anlamalıdır ki, döyüş meydanındakı məğlubiyyətləri onları bir daha başqa xülyalara düşməyə imkan verməməlidir. Revanş kimi hisslərlə yaşamaq və bunu millətinə aşılamaq rəsmi İrəvanın sonu deməkdir. Əgər onlar xalqımıza qarşı aparılan təcavüzkar siyasətlərinə birdəfəlik son qoymazlarsa, bizim olan hər bir qariş torpağın hesabını soracaq, bizə aid olana qədər bu yolda irəliləyəcəyik. Vətən müharibəsindən sonra Rusiyanın iştirakı ilə imzalanmış müqavilənin bəzi şərtləri bəzən qarşı tərəf tərəfindən yerinə yetirilmir və yaxud qəsdən icra işləri yubadılır. Mövcud olmayan, məhv edilmiş erməni ordusuna hər hansı bir dəstək olarsa, onun modernləşdirilməsi ideyası ilə vaxtın uzadılması həyata keçirilərsə, Ali Baş Komandanımıza, xalqımıza, ordumuza arxeyin olaraq deyirəm ki, bu Ermənistanın sonu demək olacaqdır. Xalqımızın haqq işinə təcavüzkar münasibət göstərən kim olursa-olsun, bizim xalqımızın düşmənidir. Yaşasın Azərbaycan hər zaman, hər an! Şəhidlər ruhu şad olsun daim. Amin.

Gülnarə Qasımova

Neftçala rayon ziyalısı