Pandemiya ilə mübarizədə Azərbaycan modeli

2021-04-29 Baxış: 597
img
2019-cu ilin dekabrında Çinin Uhan şəhərindən yayılmağa başlayan və bütün dünyanı ağuşuna alan, həyatın bir çox sahələrini demək olar ki, iflic vəziyyətinə salan Covid-19 pandemiyası Azərbaycandan da yan keçmədi. Təəsüflə bildirməliyik ki, bu ümumbəşəri bəla ölkəmiz üçün fəsadsız da ötüşmədi. Hər bir amildən üstün olan insan amili bu problemin mərkəzində dayandı. Xəstəlik insanların ölümünə səbəb olmaqla öz ağırlığını, təhlükəliliyini açıq şəkildə biruzə verməyə başladı. Lakin xəstəliyin ağırığına, eyni zamada yeniliyinə və müalicə imkanlarının məhdudluğuna baxmayaraq Azərbaycan höküməti və birbaşa səhiyyəyə nəzarət edən orqanlar məsələyə anında müdaxilə edərək təxirəsalınmaz tədbirlər görməyə başladılar. İlk öncə yoluxmanın qarşısının alınması üçün qapanma və ictimayi yerlərdə sıxlığa yol verməmə qaydaları tətbiq olundu. Xəstəliyə yoluxanlar üçün isə xüsusi koronovirusla mübarizə xəstəxanaları yaradıldı. Ağır və məsuliyyətli bir dövürdən keçən Azərbaycan xalqının ağ xalatlı mələkləri gecə-gündüz demədən çalışır, bu gün də neçə-neçə canlar xilas edirlər. Əlbətdə ki bu virus bizim sıralarımızdan çox dəyərli ziyalıları, elm xadimlərini, həkimləri, incəsənət adamlarını aparsa da, biz heç bir zaman Covid 19-a qarşı mübarizəmizdən əsla əl çəkmədik. İndi isə o mərhələyə gəlib çıxmışıq ki, bu virusun vaksini tapılıb və artıq bizim ölkədə də əhalinin xüsusi risk və yaş qruplarından olan insanlardan başlayaraq vaksinləşmə prosesinə keçilmişdir. Hazırda bu proses uğurla davam edir. Bu məsələ məhs Ölkə rəhbərinin tam nəzarəti altında həyata keçirilir. Xalqımızın tamamilə bu prosesə cəlb edilməsi üçün beynəlxalq əməkdaşlıq çərçivəsində müqavilələr, razılaşmalar əldə edilir. Bu sahədə beynəlxalq ədalətsizliyin, ikili standartların olmasına baxmayaraq dövlətimiz vətəndaşının ən yüksək səviyyədə bu proseslərə cəlb edilməsi üçün lazım olan addımları atır. Əminik ki, xalq olaraq bu çətin sınağın da öhdəsindən uğurla gələcəyik. Aparılan düzgün işlər nəticəsində çox qısa zamanda əvvəlki sosial həyatımıza qayıdacağıq. Pandemiya səbəbindən bütün iflic olmuş sahələrimizi bərpa edərək, iqtisadiyyatımızı daha irəliyə aparacağıq.

             Əfsanə Səfərova
             Neftçala rayon gənci