Neftçalada ev yanıb

2021-05-08 Baxış: 643
img

Neftçala rayonunun Ballıcallı kəndində yanğın hadisəsi qeydə alınıb.

MAYAKİNFO xəbər verir ki, bu gün saat 02:30 radələrində Neftçala rayonunun Ballıcallı kəndində Abbasov Afət İsmayıl oğluna məxsus ümumi sahəsi 135 kvadrat metr olan 1 mərtəbəli evin tavanı və qamışdan ibarət dam örtüyü yanmışdır. Evin qalan hissəsi əşyaları ilə birlikdə mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.