Neftçalada yol-nəqliyyat hadisəsi baş verib

2021-05-12 Baxış: 1512
img

Bu gün 19:30 radələrində Neftçala şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

MAYAKİNFO xəbər verir ki, 1981-ci il təvəllüdlü Neftçala rayon sakini Hüseynov Seymur Zabil oğlu özünə məxsus 99-MP-125 dövlət qeydiyyat nişanlı VAZ-2106 markalı avtomobillə Heydər Əliyev prospektində hərəkətdə olarkən qəfil idarəetməni itirərək avtomobili yol kənarındakı işıq dirəyinə çırpmışdır. Hadisə nəticəsində xəsarət alan sürücü Neftçala Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmiş, ilkin olaraq sağ qolun sınığı diaqnozu qoyulmuşdur.

Faktla bağlı araşdırma aparılır.