Neftçala ərazisində baş verən avtomobil qəzasında 1 nəfər ölüb.

2021-05-19 Baxış: 872
img

Mayın 18-də saat 9 radələrində Ələt-Astara magistralının Neftçala rayonunun Qırmızıkənd kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

MAYAKİNFO xəbər verir ki, Anar Məhərrəmov idarə etdiyi “Renault” markalı avtomobili qarşıda gedən Ə.Məmmədovun idarə etdiyi “Tatra” markalı avtomobilə vurmuşdur. Nəticədə A.Məhərrəmov aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.