Ümumi (9-cu sinif) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının bölgələr üzrə keçiriləcəyi vaxtlar məlum olub

2021-05-19 Baxış: 664
img

Ümumi (9-cu sinif) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları bölgələr üzrə əvvəlcədən elan olunduğu kimi 2021-ci il 2,3,9,10,16,17 iyun tarixlərində aşağıdakı qrafikə uyğun keçiriləcəkdir. 

MAYAKİNFO xəbər verir ki, bu imtahanda iştirak etmək üçün şagirdlərin qeydiyyatı tələb olunmur. Şagirdlər imtahan gününə 1 həftə qalmış Dövlət İmtahan Mərkəzinin saytı vasitəsilə “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və şagirdin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunur.

 

Tarix

Şəhər (rayon)

 

02.06.2021

Abşeron (1-ci hissə), Gəncə (Kəpəz), Qazax, Şəki, Lənkəran,

Bərdə, Ağsu, Ağdaş, Saatlı, Qusar, Siyəzən, Xızı

 

03.06.2021

 

Naxçıvan MR, Sumqayıt (1-ci hissə), Gəncə (Nizami), Daşkəsən, Ağstafa,

Qəbələ, Astara, Lerik, Yardımlı, Yevlax, Zərdab, Ucar, Şirvan, Şabran, Qobustan, Hacıqabul

 

 

09.06.2021

 

Nəsimi, Qaradağ, Nərimanov, Abşeron (2-ci hissə), Goranboy,

Naftalan, Zaqatala, Masallı (1-ci hissə), Ağdam, Tərtər, Şamaxı, Xaçmaz (1-ci hissə), Sabirabad

 

 

10.06.2021

 

Nizami, Səbail, Suraxanı, Sumqayıt (2-ci hissə), Mingəçevir, Balakən,

Cəlilabad (1-ci hissə), Ağcabədi, İsmayıllı, Quba (1-ci hissə), İmişli+Mehdili, Biləsuvar

 

 

16.06.2021

 

Yasamal, Xəzər, Xətai, Göygöl, Tovuz, Gədəbəy, Oğuz,

Masallı (2-ci hissə), Beyləqan, Göyçay, Xaçmaz (2-ci hissə), Salyan

 

 

17.06.2021

 

Binəqədi, Sabunçu, Pirallahı, Samux, Şəmkir, Qax, Cəlilabad (2-ci hissə),

Füzuli, Kürdəmir, Quba (2-ci hissə), Neftçala

*Bakı xüsusi məktəblər, Çilov, ingilis,gürcü, fransız bölmələri

 

 

Qeyd 1: Məcburi köçkün rayonlarından olan şagirdlər buraxılış imtahanını orta ümumtəhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda)  yuxarıdakı qrafikə uyğun verəcəklər. 

Qeyd 2: Abşeron, Sumqayıt, Masallı, Xaçmaz, Cəlilabad, Quba rayonlarında yerləşən məktəblərin şagirdlərinin imtahanı hərəkət intensivliyinin azaldılması məqsədilə iki imtahan gününə bölünüb. Cədvəldə bu hal müvafiq olaraq, "hissə"lərlə adlandırılıb və hiperlink qoyulub. Linkin üzərinə basdıqda həmin gün hansı məktəblərin şagirlərinin imtahan verməsi haqqında məlumat açılır.

Qeyd 3: Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəbləri, tədrisi ingilis, fransız, gürcü dilində olan məktəblər, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində olan məktəblərin  şagirdləri üçün imtahan iyunun 17-də keçiriləcəkdir.