Neftçalada itkin düşən şəxsin yandırılmış meyiti tapıldı.

2021-05-20 Baxış: 1063
img

Neftçala rayonunda itkin kimi axtarışda olan kişinin meyiti yaşadığı həyətdən yandırılmış vəziyyətdə aşkar olunub.

MAYAKİNFO xəbər verir ki,  1960-cı il təvəllüdlü Lerik rayon sakini Məhərrəmova Şahzadə Nəzir qızı 17 may 2021-ci il tarixində kənd icra nümayəndəliyinə müraciət edərək bildirmişdir ki, qeyri-rəsmi nigahda yaşadığı həyat yoldaşı  Neftçala rayon Aşağı Surra kənd  sakini, 1956-cı il təvəllüdlü Əsgərov Qalib Cabir oğlu 11 may tarixində evdən naməlum istiqamətdə çıxmış və bir daha geri qayıtmamışdır.  Neftçala Rayon Polis Şöbəsinin və Neftçala Rayon Prokurorluğunun əməkdaşlarının apardığı əməliiyat-istintaq tədbirləri nəticəsində itkin düşən şəxsin öz həyat yoldaşı Şahzadə Məhərrəmova tərəfindən qətlə yetirildiyi məlum olub. Şübhəli şəxs qismində dindirilən Şahzadə Məhərrəmova etdiyi cinayəti etiraf etmiş, həyat yoldaşı Qalib Əsgərovu öldürdükdən sonra yandıraraq öz həyətlərində basdırdığını boynuna almışdır.