Neftçala sakinindən külli miqdarda narkotik vasitə götürülüb.

2021-05-21 Baxış: 1067
img

Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının keçirdiyi birgə əməliyyat nəticəsində külli miqdarda narkotik dövriyyədən çıxarılıb.

Dövlət Sərhəd Xidmətindən (DSX) MAYAKİNFO-ya verilən məlumata görə, Neftçala rayonunda keçirilən əməliyyat nəticəsində Neftçala rayonu Həsənabad kənd sakini 1974-cü il təvəllüdlü Salahov Qüdrət İbadulla oğlunun həmin rayonun Kürdili adasında sahibsiz evdə gizlətdiyi ümumi çəkisi 11 kq 770 qram narkotik vasitəyə bənzər maddə (7 kq 625 qram heroin, 4 kq 145 qram tiryək) aşkar olunaraq götürülüb.

Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.