ABŞ-ın bu günkü reallıqlar fonunda regiona müsbət töhfələr verə biləcəyi şübhəsizdi

2021-05-31 Baxış: 332
img

Azərbaycan bu gün beynəlxalq aləmdə böyük nüfuz sahibi olaraq, regionda beynəlxalq təşəbbüslərin müəllifi kimi çıxış edir. Bu mövqeyi heç şübhəsiz ölkəmizdövlətçilik sahəsində əldə etdiyi uğurlar nəticəsində qazanmışdır. Ölkəmiz xüsusilə iri layihələrin oyunçusu kimi özünə tərəfdaşlar qazanıb və bunun sayəsində dünyanın siyasi xəritəsində öz mövqeyini xeyli yüksəldib. 28 May Respublika günü ilə bağlı cənab Prezident İlham Əliyevə çoxlu sayda ölkə rəhbərləri tərəfindən təbrik məktubları göndərilmişdir ki, bu da şübhəsiz Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunun və genişlənən əməkdaşlığının bariz nümunəsidir.Bu müraciətlər arasında ABŞ prezidentinin təbrik məktubu xüsusi önəm daşıyır. Deyərdim ki, bəlkə də heç bir ABŞ rəhbərinin Azərbaycanla bağlı müraciətində bu günə qədər bu qədər aydın, müsbət düşüncə və arzular qeyd olunmamışdır. ABŞ Prezidenti Cozef Baydenin təbrik məktubu hər iki ölkə arasında etibarlı münasibətlərin inkişafının göstəricisidir. Təbrik məktubunda ikitərəfli münasibətlərin çoxşaxəliliyinə xüsusi önəm verilir. Ötən illər ərzində ABŞ Administrasiyası xalqlarımız arasında əlaqələri gücləndirmişdir. ABŞ Azərbaycanla təhlükəsizlik, enerji məsələlərində həmfikirdir. Fəvqəlgüc dövlət Azərbaycanla etibarlı tərəfdaş kimi əlaqələrin inkişafında daim maraqlı olmuşdur.Dünyanı təhdid edən terrorla mübarizədə ən çox terrora məruz qalan ölkələrdən biri kimi Azəebaycanın oynadığı rol ABŞ-ın siyasi rəhbərliyi tərəfindən hər çağırışda, hər bəyanatda qeyd olunur. ABŞ prezidenti təbrik məktubunda Azərbaycana NATO-nun Əfqanıstandakı missiyasına və terrorla mübarizədə göstərdiyi səylərinə, bu mübarizədə 20 illik dəstəyinə görə ölkəmizə minnətdarlığını bildirmiş və bu istiqamətdəki əməkdaşlığın nə dərəcədə önəmli olduğunu vurğulamışdır. Qeyd edək ki, Azərbaycan-NATO əlaqələrinin tarixi keçən əsrin 90-cı illərinin ortalarına gedib çıxır. Belə ki, 1994-cü ilin mayında Belçikaya rəsmi səfəri zamanı Ulu Öndər Heydər Əliyev NATO-nun Brüsseldəki mənzil qərargahında Sülh Namınə Tərəfdaşlıq proqramını imzalamışdır. Bu gün Azərbaycan və ABŞ eyni dəyər və maraqları paylaşan, iki dövlətdir. Hər iki ölkə regional təhlükəsizlik, iqtisadi və enerji inkişafı sahəsində birgə çalışmaqda davam edir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dünyanın xüsüsi əhəmiyyətli qovşağında Amerikanın etibarlı və regional tərəfdaşına çevrilmişdir. Bu gün Azərbaycan hərbçiləri Əfqanıstanda ABŞ əsgərləri ilə yanaşı xidmət edir. Azərbaycan Əfqanıstan polisi, sərhəd mühafizə zabitləri, mülki və hərbi həkimlər üçün xüsusi təlimlər keçir. ABŞ- Azərbaycan birgə sülh səylərinin tarixi onilliklərə dayanır. Azərbaycan bu gün beynəlxalq terrorizmə qarşı mübarizədə fəal iştirakçıdır. Hesab edirəm ki, bu gün regionda sülhün bərqərar olmasında ABŞ töhvələr verə bilir. Belə ki, müharibədən yeni çıxmış ölkəmizin bundan sonra qonşu dövlətlərlə Sülh şəraitində yaşamasına ümid ifadə edən ABŞ rəhbərliyi ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri kimi münaqişənin Azərbaycanın öz iradəsi altında həll edilməsinə rəğmən uzunmüddətli sülh danışıqlarında kömək etməyə sadıq qaldığını bu gün də vurğulayır. Odur ki, Azərbaycan-Ermənistan arasında əlaqələrin normallaşmasında kömək etmək və ermənilərə xalqımızla normal qonşuluq münasibətlərində yaşamaq lazım olduğunu izah etmək istiqamətində ABŞ keyfiyyətli töhvələr verə bilər.

Elçin Eybullayev

Neftçala rayon sakini, müəllim