Neftçalada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

2021-05-31 Baxış: 963
img

Bu gün saat 00:20 radələrində Neftçala şəhərində baş verən yol-nəqliyyat hadisəsində bir nəfər ölüb.

MAYAKİNFO xəbər verir ki, hadisə şəhərin H.Əliyev prospektində baş verib. 90 SV 435 dövlət qeydiyyat nişanlı Ford Transit markalı avtomobillə "İJ" markalı motosikletin toqquşması nəticəsində motosikletin sürücüsü 1989-cu il təvəllüdlü Səmədov Seymur Ağaqulu oğlu və sərnişini olan qardaşı 1990-cı il təvəllüdlü Səmədov Ağabala Ağaqulu oğlu müxtəlif bədən xəsarətləri alımışdır. Hər iki qardaş təcili olaraq Bakı şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilsə də, Seymur Səmədovun həyatını xilas etmək mümkün olmamışdır. 

Faktla bağlı araşdırma aparılır.