Avtomobil qaçırmaqda şübhəli bilinən Neftçala sakini saxlanılıb.

2021-06-04 Baxış: 905
img

Nəqliyyat vasitəsi qaçırmaqda şübhəli bilinən Neftçala rayon sakini A.Əliyev müəyyən edilərək tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən MAYAKİNFO-ya bildiriblər ki, Cəbrayıl Rayon Polis Şöbəsinə şəhər ərazisindən Lənkəran rayon sakini T.Babazadənin “VAZ-2106” markalı avtomobilinin qaçırılması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Neftçala rayon sakini A.Əliyev müəyyənləşdirilərək tutulub.

Faktla bağlı araşdırma aparılır.