Neftçala rayon sakininin evinin həyətyanı sahəsindən 65 çətənə kolu aşkarlanaraq götürülüb

2021-06-09 Baxış: 953
img

Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Aşağı Qaramanlı kənd sakini Müşfiq Fərəcova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 65 çətənə kolu aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən MAYAKİNFO-ya bildiriblər ki, xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş çətənə bitkiləri polis əməkdaşları tərəfindən kökündən çıxarılıb. Həmin çətənə kolları bioloji ekspertizaya təqdim olunub.

M.Fərəcov dindirilərkən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində araşdırma aparılır.