Qadınlara qarşı soyğunçuluq edən Neftçala sakini saxlanılıb.

2021-06-18 Baxış: 849
img

Bakı şəhər sakinləri olan iki qadına qarşı soyğunçuluq etməkdə şübhəli bilinən Neftçala rayon sakini saxlanılmışdır.


MAYAKİNFO xəbər verir ki, Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 7-də Bakı şəhər sakini Ə.Mansurovaya, iyunun 15-də isə T.Məmmədovaya zor tətbiq edib soyğunçuluq yolu ilə qızıl boyunbağılarını talamaqda şübhəli bilinən Neftçala rayon sakini M.Zeynalov müəyyən edilərək saxlanılmışdır.