Əbədi qazanılmış tarixi Zəfər!

2021-06-21 Baxış: 418
img
Azərbaycan xalqı uzun illər torpaqlarının işğaldan azad ediləcəyi  günü gözləyib. Xalqımız torpaqlarımızın azad  olunması üçün hər zaman  sülh tərəfdarı  olmuşdur.Lakin  yaşanan hadisələr  bu problemin həllinin sülh yolu ilə mümkün olmadığını  göstərdi. Güclü ordumuz cəmi ay yarıma 30 ilə yaxın idi ki,  erməni işğalında olan  torpaqlarımızı başda Ali Baş Komandanımız olmaqla, xalqa güvənərək düşməndən azad etdi, ərazi bütövlüyümüz bərpa olundu.Mütləq zəfər qazanıldı. Azərbaycanın qələbəsi bölgəyə sülh, əmin-amanlıq gətirdi.Qafqazda zəfər qazanmaq üçün  tək yumruq-tək ürək olan, milli birlik və bərabərlik hislərini ən yüksək səviyyədə  nümayiş etdirən Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi. Gözlərini qırpmadan  Vətən üçün, Qarabağ üçün, Qarabağın azadlığı üçün qəhrəmancasına  mübarizə aparan  Azərbaycan əsgəri böyük qəhramanlıq salnaməsi yazmış oldu.Xüsusi olaraq vurğulamalıyıq ki, adını Azərbaycanın Şanlı tarixinə qızıl hərflərlə yazdıran  qalib, Baş Sərkərdə İlham Əliyev uzun illər işğal altında olan Azərbaycan torpaqlarını əsarətdən qurtardıqdan sonra Milli Qurtuluş gününü  ilk dəfə Şuşada Cıdır düzündə Vətən müharibəsi dövründə  Azərbaycana böyük siyasi və  mənəvi dəstək verən  qardaş ölkənin Prezidenti  Rəcəb Tayyib Ərdoğanla birgə qeyd etdi.Bu Şanlı zəfərdən sonra işğaldan azad olunmuş topraqlarımıza yeni nəfəs, yeni həyat gəlib. Dağıdılmış, viran qoyulmuş torpaqlarımız cənab Prezidentimizin rəhbərliyi ilə yenidən qurulur. 30 ilə yaxın müddətdə evindən, elindən, obasından didərgin düşmüş soydaşlarımız böyük coşqu, sevinclə evlərinə dönəcəklər. Qarabağda həyat yenidən qaynayacaq,bütün infrastruktur yenidən qurulacaqdır. Ölkəmizin qazandığı  bu zəfər  xalqımızın tarixində əbədi  olacaq, bundan sonra xalqımız  sülh və əmin-amanlıq içində yaşayacaqdır.

Şəbnəm Səlimova
Neftçala rayon sakini