Avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər cinayət məsuliyyətinə cəlb olunublar.

2021-06-24 Baxış: 531
img

Abşeron Rayon Polis İdarəsinə müraciət edən Xırdalan şəhər sakini N.Qardaşxanov şəhər ərazisindən “VAZ-21015” markalı avtomobilinin qaçırıldığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən MAYAKİNFO-ya bildiriblər ki, əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin Ələt-Astara yolunda hərəkətdə olması müəyyənləşdirilib. Nəqliyyat vasitəsi Dövlət Yol Polisi postunda süni tıxac yaradılmaqla saxlanılıb. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş A.Musazadə və sərnişinləri - Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş İ.Məmmədov, Xocavənd rayon sakini T.Haqverdiyev Salyan Rayon Polis Şöbəsinə təhvil veriliblər.

Avtomobilə baxış zamanı “Vinçester” markalı silah və bir baş qoyun aşkarlanaraq götürülüb.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.