Neftçalada ev yanıb.

2021-06-24 Baxış: 815
img

Hadisə rayonun II Qaralı kəndində baş verib.

MAYAKİNFO xəbər verir ki, iyunun 23-də saat 11:50 radələrində kənd sakini İsmayıl Rüstəmova məxsus ev yanmışdır. Yanğın zamanı ümumi sahəsi 160 kvadrat metr olan 4 otaq evin əşyaları və yanar konstruksiyaları yanmışdır. Yanğın Neftçala yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.